RU

Cüdoçularımız Avropa kubokunun ilk günündə 4 medal qazandı

Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

Bizim.Media xəbər verir ki, turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) bütün bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Fəxri Sahibzadə (66 kq) gümüş medal, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medal qazanıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq.) isə 7-ci yerdə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
4
26
bizim.media

10Источники