Argentinanın "Rasinq" klubunun azarkeşi Qabriel Aranda babasının kəlləsini stadiona gətirib.
İdman.biz xəbər verir ki, fanat Sudamerikana kubokunun finalının "Kruzeyro" ilə matçında kəlləni nümayiş etdirib.
O, qərarını belə açıqlayıb: "Bu, mənim babam - "Rasinq"in sadiq azarkeşi Valentin Aqilerdir. "Rasinq" mənim sevgimdir, babam həmçinin mənim qəlbimdədir".
Məlumatlarda Arandanın 2018/2019 mövsümündə "Rasinq"in Argentina çempionu olmasından sonra babasının qəbrini qazaraq kəlləsini çıxardığı bildirilib.
Qeyd edək ki, "Rasinq" həlledici oyunda "Kruzeyro"ya 3:1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.
İdman.biz