"Barselona"nın baş məşqçisi Hansi Flik La Liqanın 14-cü turu çərçivəsində "Selta" ilə səfər oyunundakı xal itkisinə (2:2) şərh verib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib: 

"Bu gün meydanda göstərilən performans qaneedici deyildi. Həm fərdi, həm də kollektiv səviyyədə çoxlu səhvlər etdik. Komanda bu cür oyunu davam etdirərsə, çempionluq iddiasında olmağımız çətinləşəcək. Gələcəkdə daha diqqətli olmalı və üstünlüyümüzü qorumağı öyrənməliyik".

Xatırladaq ki, "Barselona" bu heç-heçəyə rəğmən, 14 turdan sonra 34 xalla İspaniya La Liqasına liderlik etməkdə davam edir.