RU

COP29 dünyanın bir neçə ölkədən ibarət olmadığını SÜBUT ETDİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının Bakıda keçirilən 29 sessiyası (COP29) başa çatdı. Azərbaycan 11 ay hazırlaşdığı bu beynəlxalq tədbirə layiqli şəkildə evsahibliyi etdi və 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Eyni zamanda burada bir sıra ciddi razılaşmalar da əldə edildi.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli vurğulayıb ki, əldə olunan razılaşmalar COP29-un tarixə düşməsinə zəmin yaradır:

 

"Şübhəsiz ki, Bakıda keçirilən COP29 bu zamana qədər bu qəbildən olan tədbirlərin ən nəticəyönlüsüdür. COP-un mahiyyət etibarilə həm təşkilat prosesi, həm müzakirə olunan mövzuların qlobal əhəmiyyət kəsb etməsi və predmet üzrə olması, eyni zamanda Azərbaycanın bilavasitə israrlı mövqeyi və baş verən prosesləri düzgün təhlil etməsi nəticəsində əldə olunan razılaşmalar fikrimcə COP29-un tarixə düşməsinə zəmin yaradır. Bu, bütövlükdə iqlim dəyişikliklərinə qarşı mübarizə prosesində dönüş nöqtəsi hesab oluna bilər". 

 

 

E.Mirzəbəyli söyləyib ki, ölkəmizə səfər edən dünyanın 80-ə yaxın dövlət və hökumətinin başçıları Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi nəticəni qəbul edir:

 

"Bu yanaşma tərzi onların ölkəmizə səfər etmələri, səfər zamanı dünyada baş verən proseslərlə bağlı mövqe nümayiş etdirmələri də eyni zamanda Azərbayacana olan münasibətin, ölkəmizin qlobal nüfuzunun nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq miqyasda tanınmış əraziləri çərçivəsində təmin edib. Bu prosesə fərqli yanaşmalar həm də beynəlxalq hüquqa qarşı çıxış edən azsaylı ölkələrin və təsisatların mövqeyidir. Bu gün Bakıda təşkil olunan COP bir daha sübuta yetirdi ki, dünya bir neçə ölkədən ibarət deyil. Ədalət prinsiplərinin qorunmasından çıxış edən və Azərbaycanın prinsipial qətiyyətli, haqlı mövqeyini dəstəkləyən ölkələrin sayı beynəlxalq hüququn müstəqil subyekti olan dövlətlərin mütləq əksəriyyətini təşkil edir".

Избранный
26
modern.az

1Источники