RU

Britaniyada ABŞ hava bazalarının üzərində naməlum PUA-lar aşkarlanıb

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyada istifadə etdiyi üçhava bazasının üzərində naməlum pilotsuz uçuş aparatları (PUA)aşkar edilib.

Trend Guardianqəzetinə istinadən xəbər verir ki, PUA-lar 20-22 noyabrtarixlərində RAF "Lakenheath", "Mildenhall" və "Feltwell"aviabazalarının yaxınlığında və hava məkanında müşahidə olunub.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa bölməsinin sözçüsüaçıqlamasında bildirib ki, dronların sayı və konfiqurasiyalarıfərqli olub. Onların düşmən fəaliyyətlə əlaqəsinin olub-olmamasıisə hələ müəyyən edilməyib.

Pilotsuz aparatların izlənildiyi və heç bir zərər vurmadığı qeydolunur. “Hava məkanına nəzarət etmək və baza personalı, obyektlərvə əmlakın təhlükəsizliyini təmin etmək üçün yerli orqanlarla vətərəfdaşlarla əməkdaşlıq davam edir,” - deyə Hərbi HavaQüvvələrinin nümayəndəsi əlavə edib.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü isə vurğulayıb ki,hərbi obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib vəpotensial təhdidlərə ciddi yanaşılır.

Избранный
39
az.trend.az

1Источники