RU

SENSASİON İDDİA: Yəmənlilər Ukrayna müharibəsində  - Husilər onları BELƏ ALDADIR

Husilər Yəmən vətəndaşlarını aldatma yolu ilə Ukraynaya qarşı müharibəyə cəlb edib.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, husilərlə əlaqəli olan "Al Jabri General Trading & Investment Co SPC" şirkəti yəmənli kişilərə Rusiyada işləmək üçün 10 min dollar bonus, ayda 2 min dollar maaş və Rusiya vətəndaşlığı vəd edib.

İddialara görə, cəlb olunan şəxslərin imzaladığı müqavilələrdə husilərin siyasətçisi Abdülvali Abdo Həsən əl-Cabrinin sahibi olduğu şirkətin adı göstərilib. 3 iyul tarixli sənədlərdən biri isə Rusiyanın Nijni Novqorod şəhərində yerləşən “müqavilə seçimi mərkəzi”nin nümayəndəsinin imzasını daşıyır.

Məlumatda vurğulanır ki, Yəmən vətəndaşlarından biri, 200 nəfərlik bir qrupla birlikdə müqavilə imzaladığını və hərbi hazırlıq keçmədən birbaşa döyüş bölgəsinə göndərildiklərini bildirib.

Musavat.com

Избранный
21
musavat.com

1Источники