RU

İranda təqaüdçülərin etirazı "Süftəmiz boşdur"

Bu gün Xuzistan əyalətinin Şuş və Həfttəpə şəhərlərində sosial təminat sahəsində çalışmış təqaüdçülər hər həftəsonu olduğu kimi yenidən etiraz aksiyası keçiriblər.

Narazı təqaüdçülər inflyasiyaya, yoxsulluğa, bərabərsizliyə və istismara etiraz ediblər. 

Etirazçı təqaüdçülər aksiyalarda şüarlar da səsləndiriblər: “Yalnız küçədə haqqımızı əldə edə bilərik!”, “Haqqımızı almayana qədər dayanmayacağıq!”, “Təqaüdçünün soyuducusu əvvəlkindən daha boşdur!”, “Xuzistandan Gilana qədər, bu hökumət rəsmilərinə ölüm olsun!”, “Ən gəlirli ölkəyə nə oldu?”, “Çox yalan eşitdik, ədalət görmədik!”, “Növbə bizə çatanda pul olmayacaq!”, “Boş vədlər kifayətdir, süfrəmiz boşdur!” 

"Cebheinfo.az"

Избранный
55
cebheinfo.az

1Источники