RU

Ferstappen yenidən dünya çempionu oldu

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionu olub.

 

Modern.az-ın xəbərinə görə, Maks Ferstappen buna Las Veqas Qran-prisini beşinci sırada - ən yaxın rəqibi Lando Norrisdən öndə başa vurmaqla nail olub.

 

Las Veqas Qran-prisini "Mercedes" sürücüsü Corc Rassel birinci, komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Karlos Sayns üçüncü yerdə tamamlayıb.

Избранный
4
5
modern.az

10Источники