1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.
"Report" xəbər verir ki, şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı "BMW", "Mercedes-Benz", KIA və 2 "Hyundai" markalı avtomobil toqquşub.
Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Çinarə Elçin qızı Abdullayeva xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı araşdırma aparılır.





