RU

Moldova ravvinin qətlindən sonra BƏƏ ilə əlaqələrdən danışıb

...Moldova Xarici İşlər Nazirliyi İsrail vətəndaşlığı ilə yanaşı, Moldova vətəndaşlığı olan ravvin Zvi Koqanın qətlindən sonra Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ilə əlaqəni davam etdirir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə idarənin yaydığı məktuba istinadən xəbər verir.

Qeyd olunur ki, Moldova Əbu-Dabidəki səfirliyi vasitəsilə Koqanın başına gələnlərin şəraitini aydınlaşdırmaq üçün BƏƏ səlahiyyətliləri ilə daim əlaqə saxlayır.

...Diplomatik nümayəndəliyimiz yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir və vəziyyətin inkişafını yaxından izləyir, öz səlahiyyətləri daxilində lazımi yardım göstərir.

Bu, Moldova Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Zvi Koqan BƏƏ-nin baş ravvininin köməkçisi və Çabad dini hərəkatının elçisi olub.

BƏƏ-də itkin düşmüş israilli ravvin cəsədinin tapılması faktı noyabrın 24-də məlum olub. “Ynet”-in məlumatına görə, Koqanın döyüş əlamətləri olan avtomobili Əbu-Dabidən təxminən 150 kilometr aralıda tapılıb.

İddialara görə, ravvinə hücumda İranın əli olduğu və birbaşa cinayətkarların Türkiyəyə qaçan Özbəkistan vətəndaşları olduğu bildirilir.

Əli Babayev

Избранный
41
sia.az

1Источники