RU

Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub

Böyük Britaniyanın paytaxtı Londonda son 24 saatda ayrı-ayrı yerlərdə "şübhəli paket"lərlə terror xəbərdarlıqları olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Euston Qatar Stansiyasında "şübhəli paket" polis nəzaərti ilə partladıldıqdan qısa zaman sonra bu dəfə ABŞ-ın Londondakı səfirliyi yaxınlığında "terror aktı" həyəcan siqnalı verilib: "Səfirliyə yaxın yerə atılan şübhəli bağlama da polis çəmbəri yaradılmaqla zərərsizləşdirilib".

Digər bir terror həyəcanı isə ölkənin ən işlək ikinci hava limanı olan Londonun "Gatwick" hava limanında yaşanıb. Belə ki, burada sərnişinlərdən birinin çantasında qadağan olunmuş şübhəli maddə aşkarlanıb və dərhal hadisə yerinə - hava limanına bomba zərərsizləşdirmə qrupu çağırılıb: "Onlar çantanı nəzarətlə partladaraq, zərərsiz hala gətiriblər"

Britaniya mətbuatı yazır ki, hər üçn bağlamada sonradan partlayıcı olmadığı aydınlaşıb: "Lakin ehtiyat tədbiri əldən verilməyib".

Samir Musayev

MİA.AZ

Избранный
35
1
mia.az

2Источники