RU

Cənubi Koreyada əsgər bu üsulla xidmətdən yayınmağa çalışdı

Cənubi Koreyanın paytaxtı Seulda kökələrək hərbi xidmətdən yayınmağa çalışan şəxsə həbs cəzası verilib.  

"Unikal" "The Korea Herald" qəzetinə istinadən xəbər verir ki, Dongbu Rayon Məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmət qanununu pozduğuna qərar verib.

Məhkəmə sözügedən şəxsin hərbi xidmətdə gündəlik istehlak etdiyi yemək və suyun miqdarını qəsdən artırdığı açıqlayıb və 2 il müddətinə azadlıqdan məhrum edib. 

Həmin şəxsin kökəlmək üçün “müəyyən planlar təklif edərək onu həvəsləndirən dostu”na da 6 ay həbs cəzası verib.Cənubi Koreyada heç bir fiziki problemi olmayan kişilərin ən azı 18 ay məcburi hərbi xidmət keçməsi tələb olunur.

Gülayə Mecid 

Избранный
25
unikal.az

1Источники