RU

Qərb COP-u “vardanyanlaşdıra” bilmədi

COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransı) iqlim böhranına qarşı sivil dünyanın müqavimət platformasıdır. Konfransın təşkilində məqsəd iqlim dəyişikliyinin təsirlərini azaltmaq, karbon emissiyalarını minimuma endirmək və dünya dövlətlərini ortaq bir strategiya ətrafında birləşdirmək məqsədilə keçirilir. Tədbir xüsusilə Paris Sazişi çərçivəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün dövlətlərin öhdəliklərini yenidən dəyərləndirmək və daha irəliləyən qərarlar qəbul etmək üçün kritik bir fürsət kimi dəyərləndirilir.

29-cu konfrans Azərbaycanda keçirildi və həm xalqımızın, həm də planetimizin tarixinə qızıl hərflərlə yazıldı. Rəsmi Bakı tədbirin mükəmməl keçməsi üçün əlindən gələn hər şey etdi. Hər kəs çox yaxşı fərqindədir ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da artırıb. İndi Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllinə töhfə verən, bəşəriyyətin yükünü çəkən bir ölkə kimi tanınır. Tədbir çərçivəsində təşkil olunan ikitərəfli və çoxtərəfli görüşlər, keçirilən forumlar və diskussiyalar Azərbaycan diplomatiyasına yeni imkanlar yaradır, xarici dövlətlər və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq perspektivini artırır. Bu konfrans Azərbaycanın dayanıqlı inkişaf və yaşıl enerji təşəbbüsləri sahəsində liderlik iddiasını bir təsdiqləmiş oldu.

Tədbir bir daha təsdiq etdi ki, özünü dünyanın ağası sayan, hər fürsətdə “biz böyük dövlətik” ədası ilə dünyadakı hər daşın altından çıxanlar bəşəriyyətin ən fundamental probleminin həlli üçün üzərlərinə düşən məsuliyyətdən yayınmaq üçün min hoqqaya əl atdılar. ABŞ, Fransa, Kanada, Hollandiya, Almaniya kimi dövlətlər əllərini ciblərinə salmamaq üçün Ermənistanın və diasporasının ağzı ilə tədbiri arayikləşdirməyə, rubenləşdirməyə, bakolaşdırmağa çalışdılar. Almaniyanın xarici işlər naziri Berbok Bakıda “bir bok” qaynatmaq üçün üzündə su qoymadı. Qoca Baydenin gedər ayaqda yenidən prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem miras qoymaq niyyəti Ursula Fon Leyen kimilərinin də işinə yaradı. Avropa İttifaqının prezidenti iqlim krizisindən çıxışın maliyyələşməsinə gərəkən töhfəni verməmək üçün Bakıya gəlməkdən yayındı.

Lakin Azərbaycan prezidenti İlham Əliyevin sərrast ifadə etdiyi kimi, bütün qarayaxmalara rəğmən, Azərbaycan tədbiri ən yüksək səvviyyədə reallaşdırdı. Bəli, bu tədbir məhz prezident İlham Əliyevin diplomatik çevikliyi sayəsində Azərbaycanda təşkil olundu, onun geniş dünyagörüşü və dayanıqlı inkişaf məsələlərinə xüsusi diqqəti COP29-un demək olar ki qüsursuz bir şəkildə keçməsində müstəsna rol oynadı. Prezidentin tədbirə hazırlıq prosesinə və strateji prioritetlərinə şəxsən nəzarət etməsi Azərbaycanı bu sahədə numunəvi təşkilatçıya çevirdi. Dövlət başçısının ailə üzvləri də tədbirdə son dərəcə fəal iştirak edərək Azərbaycanlı dünyaörüşünün ekoloji məsələlərə nə qədər həssas və intellektual yanaşdığını bütün dünyaya nümayiş etdirdilər.

Dövlət qurumlarımız koordinasiyalı bir şəkildə çalışdılar. Müxtəlif nazirliklər və komitələr gecə-gündüz on minlərlə insanı, 70-dən çox dövlətin hakimiyyət nümayəndələrini əhatə edən iştirakçıların tədbirdən məmnun ayrılmasına çalışdılar. Ölkəmizin qeyri-hökumət təşkilatları, media quruluşları və gənc könüllülər COP29-un təşkilatçılığında və təbliğində mühüm rol oynadılar.

QHT-lər ekoloji problemlərlə bağlı yerli təşəbbüsləri beynəlxalq arenada təqdim etdi.

Избранный
45
aznews.az

1Источники