RU

"Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik" - Vaqif Cavadov

style='margin-bottom:10px;'>

"Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da, istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 14-cü turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Son dörd oyunda üç qələbə qazanmısınız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?

- Deməzdim. Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir.

- Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsünüz, yoxsa gecdir?

- Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək...Hər bir klub bunu istəyir. Biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.

- Daha çox azarkeşin olacağı gözlənilirdi, amma bu cür olmadı. Sizcə, bu nə ilə bağlı idi?

- Bəlkə də bazar günüdür, oyun da axşam saatlarında idi deyə, belə alındı. Sabah məktəb də var. Azarkeşlərə ehtiyacımız var. Onlar da gəlsin, dəstək olsunlar, bizə köməklik göstərsinlər. Gələnlərə də təşəkkür edirəm. Gəlməyənlər də. Bilirəm ki, ürəkləri bizimlədir.

- Rəhim Sadıqovu məhsuldarlıq baxımından geri qaytarmaq mümkün olacaq?

- Son oyunlar onu göstərir ki, Rəhim meydançada başqa cürdür. Yavaş-yavaş özünü doğruldacaq. Komandanın əsas oyunçularından biridir. Biz ona güvənirik. İnanırıq ki, növbəti oyunda daha yaxşı formada olacaq.

- Bəzi baş məşqçilər milli komandamız haqda danışmaq istəmir. Siz millimizin durumu haqda nə düşünürsünüz?

- Hamımızın millisidir. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq.

Избранный
2
3
teleqraf.com

4Источники