Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Holştayn”la qarşılaşan “Maynts” 3 xalı 3 cavabsız qolla qazanıb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Sankt Pauli” üzərində inamlı qələbəyə sevinib.
Beləliklə, Bundesliqanın geridə qalmış 11 turundan sonra 29 xala malik “Bayern” vahid liderdir. Münhen təmsilçisi cari mövsümdə məğlubiyyət üzü görməyən yeganə komandadır. “Ayntraxt” 23 xalla 2-ci, “Leypsiq” 21 xalla 3-cü, “Bayer” 20 xalla 4-cü, “Borussiya” (Dortmund) 19 xalla 5-ci pillədə qərarlaşıb. Mönhenqladbax “Borussiya”sının və “Frayburq”un 17, “Maynts”, “Ştutqart” və “Union Berlin”in 16 xalı var.
Almaniya, Bundesliqa
11-ci tur
22 noyabr
Bayern – Auqsburq 3:0
Qollar: Harri Keyn, 63-pen; 90+2-pen; 90+5.
23 noyabr
Bayer – Haydenhaym 5:2
Qollar: Palasios, 30. Şik, 32; 52; 71. Caka, 82 – Dorş, 10. Honsak, 21.
Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar: Beyer, 7. Nmeça, 40. Brandt, 66. Gittens, 77.
Hoffenhaym – Leypsiq 4:3
Qollar: Hlojek, 17; 82. Bişof, 50. Larsen, 87 – Orban, 15. Nusa, 19. Nsoki, 67-öz qapısına.
Ştutqart – Boxum 2:0
Qollar: Fuhrix, 53. Diehl, 78.
Volfsburq – Union Berlin 1:0
Qol: Baku, 71.
Ayntraxt – Verder 1:0
Qol: Götse, 45.
24 noyabr
Holştayn – Maynts 0:3
Qollar: Amiri, 11. Burkardt, 37. Li, 53.
Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Plea, 13. Klayndienst, 44.