RU

Pilotlar kütləvi tətilə hazırlaşır

Finlandiyanın “Finnair” şirkəti dekabrın 9-13-də 300-dən çox uçuşu təxirə salacaq. Bu da 33 mindən çox sərnişinin hərəkətinə təsir edəcək.

Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, buna səbəb sözügedən tarixdə pilotların kütləvi tətil planlaşdırmasıdır.

Tətili təşkil edən Finlandiya Pilotlar Assosiasiyası bildirir ki, məqsəd kollektiv müqavilənin tələblərinin yerinə yetirilməsidir. Şirkət rəhbərliyi ilə danışıqlar nəticə vermədiyi üçün pilotlar dekabrda tətil keçirməyə qərar veriblər.

Избранный
6
7
avtosfer.az

8Источники