RU

Ukrayna 3 yerə bölünür: Şərqində Rusiya, mərkəzdə “kukla rejim”, qərbində isə… – Sensasion sənəd

Kreml Ukraynanı üç yerə bölmək niyyətindədir. Bu ssenari Rusiya Müdafiə Nazirliyinin məxfi sənədində yer alıb.

Turkustan.az xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Qəzet yazır ki, Rusiya lideri məhz bu planı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təqdim etmək niyyətindədir. Kremlin planına əsasən, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri, o cümlədən Krım Rusiyaya birləşməlidir. Bundan sonra Kiyev daxil olmaqla Odessa vilayətinə qədər olar ərazidə yeni rusiyayönlü dövlətin yaradılması nəzərdə tutulub. Ukraynanın qərbində qalan qalan ərazilərinin isə “mübahisəli” elan edilməsi planlaşdırılıb. Bu ərazilərlə nə ediləcəyini Moskvanın Macarıstan, Rumıniya və Polşa ilə danışıqlar yolu ilə həll etmək niyyətində olduğu bildirilib.

Hələlik yayılan sənədə Rusiyadan reaksiya verilməyib. Ukrayna hərbi kəşfiyyatı isə bu plan barədə məlumatlı olduğunu açıqlayıb. /globalinfo.az/

Избранный
27
turkustan.az

1Источники