RU

BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi ölkənin hüquq-mühafizə orqanlarının İsrail və Moldova vətəndaşlığı olan ravvin Zvi Koqanın qətlində əli olan şəxsləri həbs etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Noyabrın 24-də Koqanın cəsədinin BƏƏ-də tapıldığı barədə məlumat yayılıb. İsrailin "Ynet" nəşrinin məlumatına görə, üzərində mübarizə əlamətləri olan kişinin avtomobili Əbu-Dabidən təxminən 150 kilometr aralıda tapılıb. Bildirilib ki, ravvinə hücumun arxasında İran dayanır, birbaşa cinayəti törədənlər isə Türkiyəyə qaçan Özbəkistan vətəndaşlarıdır.
Xatırladaq ki, bir gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Koqanın yoxa çıxması barədə məlumat yaymışdı, belə ki, noyabrın 21-də onunla əlaqə kəsilib.
Избранный
43
oxu.az

1Источники