RU

Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır

Rusiya Ermənistan və Azərbaycan arasında davamlı sülhün tez bir zamanda qurulmasında maraqlıdır.

“Far.Az” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Vacibdir ki, region üçün taleyüklü olan bu sənəd tərəflərdən heç biri üçün “acı dad” buraxmadan bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslansın”, – diplomat vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Azərbaycanla danışıqlarda “bəzi müsbət irəliləyişlərin” olduğunu açıqlamışdı.

Избранный
43
1
far.az

2Источники