İsrailin blokadası və hücumu altında olan Qəzzanın müxtəlif bölgələrində güclü yağan yağışlar yağıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, aralıqsız yağan yağış yüz minlərlə insanın sığındığı çadırlarda sel və dağıntılara səbəb olub.
Qəzza zolağının Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal bildirib ki, səhərə yaxın daha da güclənən yağışın məcburi köçkünlərin sığındığı çadırlara ciddi ziyan vurub: "Çadırların çoxu dağılıb, yataq dəstləri və əşyalar su altında qalıb".
Yağışın daha çox Yərmuk stadionu, Qəzza Bələdiyyə Parkı, Şatii Qaçqınlar Düşərgəsi, Qəzza zolağının mərkəzi və cənubundakı bəzi məktəblər və bölgələrə ziyan vurduğunu deyən Mahmud Basalın sözlərinə görə, təcili müdaxilə edilməzsə, mövcud vəziyyət böyük humanitar fəlakətə yol açacaq: "Biz Beynəlxalq ictimaiyyəti və BMT-ni məcburi köçkün fələstinliləri xilas etmək üçün dərhal müdaxilə etməyə çağırırıq. Çix istərdik ki, mülki insanları əlverişsiz qış şəraitindən qorumaq üçün alternativ çadırlar və ya karavanlar verilsin...".
Tahir Şəlvəli
MİA.AZ