RU

Ukrayna müharibəsində tezliklə sülh olmayacaq: Kuleba 3 mühüm səbəbi açıqladı

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleda qərbli jurnalistlərlə söhbətində Kiyevin Rusiya ilə münaqişənin həllinə dair sazişin tezliklə imzalanmasının mümkünlüyünə şübhə ilə yanaşıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası Rusiya ilə münaqişənin tezliklə həllinə razı olmayacaq... Bu, onun tezliklə başa çatmasına mane olan amillərdən biridir”,- Kuleba deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin sözlərinə görə, digər səbəb Zelenskinin vəzifəsini tərk etməyə məcbur olmaq istəməməsidir.

“Üçüncü maneə sülhün açarının Kiyevdə deyil, Moskvada olmasıdır”, - deyə Kuleba yekunlaşdırıb.

Избранный
27
publika.az

1Источники