RU

Kuç “Qarabağ”a qarşı oynamayacaq

Misli Premyer Liqasının 14-cü turu bəzi futbolçular üçün düşərli olmayıb.

Futbolinfo.az saytının məlumatına görə, konkret olaraq 4 futbolçu cəzalı duruma düşüb. Bunlar “Neftçi”dən Edvin Kuç, “Sumqayıt”dan Cordan Rezabala, “Şamaxı”dan isə Adil Nağıyev və Vasiliye Bakiçdir. Adıçəkilən oyunçuların hər biri cari mövsümdə çempionatdakı sarı vərəqə sayını 4-ə çatdırıb.

Bu oyunçular 15-ci turda komandalarına kömək edə bilməyəcəklər. Kuç “Neftçi”nin Azərbaycan derbisində “Qarabağ”la oyununu buraxacaqsa, Rezabala “Zirə”yə, Nağıyevlə Bakiç isə “Kəpəz”ə qarşı matçı kənardan izləməli olacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında 15-ci turun oyunları 29 noyabr – 1 dekabr aralığında keçiriləcək.

Избранный
20
futbolinfo.az

1Источники