RU

Rusiya "Su-34"lə Ukrayna ordusuna hücum etdi

Rusiyanın "Su-34" təyyarəsi Ukrayna ordusuna zərbə endirib.

Demokrat.az
xəbər verir ki, bu barədə  Rusiyanın Müdafiə Nazirliyi bəyanat yayıb. 

 Bəyanatda bildirilir ki, "Su-34" bombardmançı təyyarəsi "ağıllı bomba"lardan istifadə edərək Kursk bölgəsində Ukrayna ordusunun hərbi texnikasını və şəxsi heyətini məhv edib.

Məlumata əsasən, "Su-34" təyyarəsi sərhəd xəttində Ukrayna ordusuna aid hərbi texnika, zirehli döyüş maşınları və şəxsi heyətə qarşı hava zərbələri endirib. Əvvəlcədən müəyyən edilmiş hədəflərə yüksək dəqiqlikli uçuş və korrektə modulu ilə təchiz edilmiş bombalarla hücum həyata keçirilib.

Hücum nəticəsində Ukrayna ordusuna aid hərbi texnika və şəxsi heyətin məhv edilməsi təsdiqlənib.

Jalə
Demokrat.az
Избранный
20
demokrat.az

1Источники