Almaniyanın DHL nəqliyyat şirkətinə məxsus yük təyyarəsi Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"DHL yük təyyarəsi Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb", - agentliyin Litva polisinin nümayəndəsinə istinadən verdiyi açıqlamada deyilir.
Təyyarə qəzasının digər təfərrüatları hələlik açıqlanmayıb.