RU

Litvada təyyarə yaşayış binasının üzərinə düşüb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin İrana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz artaraq, 26 milyon 935 min 82 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə İrana 2 milyon 946 min 19 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 56,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyard 360 milyon 731 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç dəyişməyib.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Избранный
22
turkic.world

1Источники