RU

İndoneziyada Dukono vulkanı püskürüb

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb. Vulkan 3 km yüksəkliyə kül sütunu atıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

İndoneziya fövqəladə hallar xidməti zirvəsi dəniz səviyyəsindən 1335 metr yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda olan əraziyə getməməyə və açıq havada olarkən maskalar taxmağa çağırıb.

İndoneziyada 130-a yaxın aktiv vulkan var. Noyabrın əvvəlində Flores adasında Levotobi vulkanının püskürməsi nəticəsində 10 mindən çox yerli sakin təxliyə edildi və 9 nəfər öldü.

Избранный
17
5
xezerxeber.az

10Источники