Bu gündən ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar öz qüvvəsini itirib.
Yenicag.az xəbər verir ki, artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanları sökülüb və xətlərin silinməsi işləri aparılıb.