RU

"Net Elektrik" cərimələnir - Vergi borcu da var

"Net Elektrik" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

 

Qeyd: Qanuni təmsilçisi Fatih Sarihan olan şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10, hazırki dövrədək vergi borcu isə 5 738 AZN-dir.

 

Xəyal Quliyev

Tarix: 25 Noyabr 2024, 11:01   
Избранный
20
4
pravda.az

4Источники