RU

Türkiyəli jurnalist: “Müharibə Rusiya və Putin üçün qürur məsələsidir”

“Üçüncü Dünya müharibəsi riski daha da artıb. Bir çoxunuza inandırıcı gəlməyə bilər. Bəziləriniz düşünər ki, Putin buna cəsarət edə bilməz. Rusiya Prezidenti bu müharibədə bütün mümkün vasitələrdən istifadə edir. Yəni heç bir şəkildə geri addım atmaq fikrində deyil. Ukraynada işğal etdiyi ərazilərdən çıxmaq niyyəti yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fatih Yılmaz deyib.

O bildirib ki, Ukraynadakı müharibə Putin üçün ölüm-dirim müharizəsidir:

“Artıq müharibə Rusiya və Putin üçün qürur məsələsidir. Prezident heç bir halda geri addım atmayacaq. Başqa Almaniya olmaqla Qərb liderləri, həmçinin ABŞ və NATO Rusiyanın üstünə daha çox gedərlərsə, düşünürəm ki, Putin nüvə silahından istifadə edə bilər. Bunun olmasını kimsə arzu etmir. Amma belə bir təhdid getdikcə aktuallaşır. Almaniya ilk hədəf alınacaq ölkələrdəndir. Berlin bunu bildiyi üçün həftələrdir hazırlıq görür. Bir neçə gün əvvəl mediaya da sızmışdı ki, sözügedən ölkə 1000 səhifəlik əməliyyat planı hazırlayıb. Bu plana görə, 800 min NATO əsgəri Almaniya üzərindən Ukraynaya göndəriləcək”.

Jurnalist bildirib ki, planda bütün incə məqamlara diqqət edilib:

“200 min NATO-ya aid hərbi və döyüş maşınlarının da Almaniya vasitəsilə Ukraynaya göndəriləcəyi də planda qeyd olunub. Orduda yüksək rütbəli şəxslər şirkət rəhbərləri ilə görüşüb mümkün müharibə zamanı nələr etmək lazım olduğunu bildirir. Şirkətlərə tədbirlər alınması təlimatları verilir. Almaniya ciddi-ciddi müharibə olacaq kimi hazırlıq görür. Bütün bunları niyə edirlər? Çünki təhdid çox böyükdür. Rusiya bəlli bir həddən sonra nüvə silahına əl ata bilər. Ümid edirəm Rusiya – Ukrayna müharibəsi qısa zamanda başa çatar. Dünya artıq bu qarşıdurmalardan bezdi. İnsanlar psixoloji cəhətdən çox yoruldu, hamıda bir qorxu var. Bir çox insan buna gör depressiyaya düşüb. Eyni şəkildə Fələstində baş verən bu zülmə də son verilməlidir”.

Məlik,
KONKRET.az

Избранный
17
konkret.az

1Источники