"Gələn il minimum əməkhaqqı və pensiya artırılacaq" - Komitə sədri
"Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək. Onun sözlərinə görə, növbəti il üçün inflyasiyanın 4,6 faiz olması proqnozlaşdırılır.