RU

Türkiyə və Rusiya arasında problem...

ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları Rusiya qazının Türkiyəyə tədarükünün ödənişini çətinləşdirə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, sanksiyalar Türkiyə, Macarıstan, Yunanıstan, Slovakiya, Serbiya, Bolqarıstan, İtaliya və Avstriya da daxil olmaqla, bir sıra ölkələr üçün Rusiya qazının ixracına görə ödənişləri çətinləşdirə bilər:

“Moskva alternativ ödəniş üsulları axtarmağa başlayıb, lakin böhranın yanvar ayında pik həddinə çata biləcəyi gözlənilir”.

Qeyd olunur ki, “Qazprombank”a qarşı sanksiyalar məsələsi ötən həftə parlamentdə büdcə müzakirələri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən də qaldırılıb. Fidan Türkiyənin idxal etdiyi qazın 40%-nin “Qazprom” vasitəsilə gəldiyini vurğulayıb və bildirib ki, ABŞ-ın bu mövqeyi onun mümkün nəticələrə biganəliyini nümayiş etdirir.

Xatırladaq ki, noyabrın 21-də ABŞ “Qazprombank”a və onun 6 xarici törəmə şirkətinə sanksiyalar tətbiq edib.

Избранный
11
axar.az

1Источники