RU

Beş aylıq mübarizədən sonra "Sevgi" adına şəhadətnamə almaq mümkün olub

Rejim ölkədə türk adlarına yaradılan süni çətinlikləri davam etdirir.

Belə hallardan biri də Vahid Purmustafayi və ailəsinin başına gəlib.

Onlar öz qızları üçün "Sevgi" adını seçsələr də vətəndaşların qeydiyyatı idarəsi bu ada sənəd verməkdən imtina edib.

Ancaq beş ay sürən mücadilədən sonra ailə bu ad üçün doğum şəhadətnaməsi almağa müvəffəq olub.

Qeyd edək ki, İranda türk adlarına yaradılan süni maneələr hələ də davam edir. Bu səbəbdən bir çox insan həbslərə və təzyiqlərə məruz qalırlar.

visiontv.az



Избранный
21
1
visiontv.az

2Источники