"Qalatasaray" mərakeşli futbolçu Hakim Ziyeş ilə yollarını ayırmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakim Ziyeş bu mövsüm "Qalatasaray"a fayda verməyib.
Fiziki durumu səbəbindən tənqid olunan futbolçunun mövsüm arasında komandadan ayrılmasına qətiyyətlə baxılır.
"Qalatasaray" rəhbərliyi yüksək maaş xərcləri səbəbindən təcrübəli futbolçu ilə mövsüm arasında yollarını ayırmaq istəyir.
Qalatasaray forması altında ümumilikdə 31 oyunda meydana çıxan Hakim Ziyeş 8 qol vurub və 5 məhsuldar ötürmə edib.