RU

Prezident seçkisi: Namizəd Tiktokla qalib gəldi

Rumıniyada keçirilən seçkilərin birinci turunda bülletenlərin 98.66 faizinin sayılmasından sonra müstəqil namizəd Kelin Corcesku gözlənilmədən birinci olub.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Corcesku 22.59 faiz, indiki baş nazir Marçela Çolaku isə 19.55 faiz səs toplayaraq ikinci tura çıxıblar.

Rumınların Birliyi Uğrunda Alyansın namizədi Corce Simion isə 13.94 faiz səs toplayıb.

Qeyd edək ki, müstəqil namizəd kimi seçkiyə qatılan Kelin Corcesku ixtisasca aqronomdur. 2000-ci illərin ortalarında Corcesku Rumına Xarici İşlər Nazirliyində departamentlərdən birinin rəhbəri işləyib, daha sonra sonra ətraf mühitin mühafizəsi sahəsində BMT-də müxtəlif vəzifələrdə çalışıb.

Corcesku millətçi fikirlərinə görə tənqid olunur. Prezidentliyə namizəd Rumıniyanın NATO-da iştirakından çəkinir və Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Bu seçkilərdə uğur qazanmasının səbəbi kimi onun seçki kampaniyasını Tiktok üzərindən aparması göstərilir.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin ikinci turu dekabrın 8-də keçiriləcək.

Избранный
14
2
axar.az

3Источники