RU

Uruqvay seçkilərində müxalifətin namizədi qalib gəlib

Uruqvayda keçirilən prezident seçkilərində müxalifətin mərkəz-solçu Geniş Cəbhə koalisiyasının namizədi Yamandu Orsi 50,2% səslə qalib gəlib...

Poliqon xəbər verir ki, onun hakim sağ mərkəzçi Milli Partiyadan olan rəqibi Alvaro Delqado 45,6% səs toplayıb.

Səsvermə bülletenlərinin 100%-i hesablandıqdan sonra prezident seçkilərinin nəticələri barədə məlumatı La Diaria yayıb. Nəşr aydınlaşdırır ki, bülletenlərin 4,2%-i boş olub və ya ləğv edilib.

Alvaro Delqado məğlubiyyətini etiraf edib və Yamanda Orsini qələbə münasibətilə təbrik edib. "Seçkiləri udmaq bir şeydir, məğlub olmaq başqa şeydir. Nə qədər ki, ortaq fikirlərimiz var, koalisiyada işləməyə davam edəcəyik", deyə hakim partiyanın namizədi bildirib.

2015-2024-cü illərdə Yamandu Orsi Kaneloniya bölgəsinə rəhbərlik edib. Seçki kampaniyası zamanı o, Uruqvay prezidenti kimi prioritetlərinin cinayət və narkotik tranzitinə qarşı mübarizə olacağını bəyan edib. O, həmçinin prezident iqamətgahına köçməyəcəyinə və paytaxt ətrafındakı evində yaşayacağına söz verib.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники