RU

Ukraynanın “ATACMS”-la vuracağı növbəti hədəf bəlli oldu

Rostov vilayətindəki hərbi obyektlər Ukraynaın uzaqmənzilli Qərb raketləri ilə vuracağı növbəti hədəfi ola bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, “The Wall Street Journal” nəşri Amerika Müharibənin Tədqiqatları İnstitutunun tərtib etdiyi xəritəni təhlil edərək belə yazıb.

Qeyd edilir ki, ABŞ-nin “ATACMS” və Britaniyanın “Storm  Shadow” raketlərinin uçuş zonasında müvafiq olaraq 300 km və 250 km məsafədə 200-ə yaxın hərbi obyekt var. 

Potensial hədəflərə aerodromlar, sursat anbarları, silah arsenalları, təlim poliqonları və komanda məntəqələri daxildir. Çoxlu sayda belə obyektlər Ukrayna ilə həmsərhəd Rostov vilayətində cəmləşib. 

Məsələn, orada Millerovo və Morozovsk da daxil olmaqla ən azı dörd aerodrom var. Ukrayna dəfələrlə onları dronlarla vurmağa cəhd edib. Bəzi hücumlar uğurlu alınıb. 

Ümumiyyətlə, qoşunların və texnikanın cəbhəyə köçürülməsi baxımından Rostovun əsas mərkəz olduğunu nəzərə alsaq, bu bölgəyə zərbə Rusiyanın hərbi logistikası üçün dağıdıcı ola bilər, silah və şəxsi heyətin itkisinə gətirib çıxara bilər.

İnstitunun analitiki Corc Barrosun sözlərinə görə, xəritə hədəflərin yalnız ictimaiyyətə açıq olan məlumatlara əsasən müəyyən edilə bilən bir hissəsini əks etdirir. Ukrayna zərbələri planlaşdırarkən komanda postlarını və yeri dəyişdirilən digər hədəfləri hədəf almaq üçün kəşfiyyat məlumatlarına da etibar edə bilər.

 “Bir briqada və ya diviziya qərargahının ləğvi yüzlərlə rus əsgərini bir neçə gün ərzində çaşqınlığa sürükləyə bilər”, - deyə Barros bildirib.

ABŞ Ukraynaya Qərbin raketləri ilə Rusiyanın dərinliklərini vurmağa icazə verdikdən sonra Rostov vilayətinə bu yaxınlarda təyin olunmuş qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar belə bir addımın region üçün birbaşa təhlükə yaratdığını deyib. 

O, bomba sığınacaqlarını yoxlamaq və sakinlərin təxliyəsi üçün təlimlər təşkil etməyi tapşırıb. 

Slyusar həmçinin, Rostov vilayətinin hava məkanının təhlükəsizliyini təmin etmək üçün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 4-cü Ordusunun komandiri Vladimir Kutsenko ilə daimi məlumat mübadiləsi barədə razılığa gəlib. 

Xatırladaq ki, Ukrayna ilk dəfə noyabrın 19-da Bryansk yaxınlığındakı silah arsenalına hücum etmək üçün “ATACMS”-dan istifadə edib.

Избранный
6
8
cebheinfo.az

10Источники