RU

Yük təyyarəsi binanın  üzərinə düşdü: Ölənlərin sayı bəlli oldu 

Almaniyanın Leypziq şəhərindən Vilnüs şəhərinə uçan yük təyyarəsi hava limanına enmək istəyərkən qəzaya uğrayıb.

Adalet.az
xəbər verir ki, yük təyyarəsi Vilnüsdə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb . Təyyarədə dörd nəfər olub: iki pilot və iki sərnişin. Ən azı bir pilotun sağ qaldığı, kabinədən çıxarılaraq həkimlərə təhvil verildiyi məlum olub.

İlkin məlumatlara görə, təyyarə DHL şirkətinə məxsusdur. Fövqəladə hadisə yerli vaxtla gecə saaatlarında baş verib Səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə yaxın yolun bir hissəsi bağlanıb. Təyyarədə hansı yükün olduğu da məlum deyil.

Qeyd edək ki, Vilnüs hava limanında bu tip hadisələr tez-tez rast gəlinir. Bu ilin fevralında Litvanın paytaxtı Vilnüs hava limanında sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.
Məlumata görə, təyyarədə 179 sərnişin və altı ekipaj üzvü olub. Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs beynəlxalq hava limanı üç saat bağlanmışdı.

 Əntiqə Rəşid

Избранный
14
adalet.az

1Источники