RU

Sahibkarlar üçün hansı bankın POS-terminalı daha sərfəlidir? – Araşdırma

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bankların təklif etdiyi kampaniyalar, keşbək kateqoriyaları, kartla edilmiş əməliyyatlara görə müxtəlif lotereylar son dövrlərdə kart ödənişlərinin artmasına səbəb olur. Buna görə də biznes obyektlərinə POS-terminal quraşdırmaq ehtiyacı yaranır. Dövlət Vergi Xidmətinin nəzarət tədbirlərini gücləndirməsi (POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur) də obyektlərdə POS-terminal quraşdırılmasını zəruri edir. 

Banco.az bu səbəblə bankların POS-terminal tariflərini araşdırıb. POS-terminal almaq istəyirsinizsə, bu məqalə sizin üçündür. Araşdırmada bankın öz kartları, digər bank kartları və xarici bank kartları vasitəsilə qəbul edilən ödənişlərə görə komissiya qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
4
banco.az

1Источники