RU

Büdcə xərclərinin əsas istiqamətləri açıqlandı

“2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair məlumata əsasən, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib:

“Belə ki, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır”.

S.Şərifov əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41milyard 367,6 milyon manat nəzərdə tutulur:

“Bu da 2024-cü illə müqayisədə 1 milyard 625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24 milyard 845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14 milyard 122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2 milyard 399,6 milyon manat təşkil edəcək”.

Избранный
10
cebheinfo.az

1Источники