RU

Ritter Bayden administrasiyasını nüvə qarşıdurmasına yaxınlaşdırmaqda ittiham etdi – ÖZƏL

ABŞ-nin keçmiş kəşfiyyatçısı və hərbi analitik Skott Ritter, prezident Co Baydenin administrasiyasını ölkə vətəndaşlarının müharibə qarşısındakı çağırışlarına qulaq asmamaqda və dünyanı nüvə qarşıdurmasına sürükləməkdə ittiham edib. 

Olaylar.az xəbər verir ki, Ritter bu barədə Dialogue Works adlı YouTube kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Baydenin aqressiv siyasəti yalnız qlobal sabitliyə deyil, həm də ABŞ-nin öz təhlükəsizliyinə ciddi zərbə vurur:
"Əgər biz administrasiyaya bu cür siyasətin qəbuledilməz olduğunu göstərməsək, onlar xalqın maraqlarını nəzərə almadan bu siyasəti davam etdirəcək."

Ritter vurğulayıb ki, nüvə müharibəsi anlayışı heç bir halda "məhdud" deyil və belə bir qarşıdurmanın fəlakətli nəticələri olacaq.

Rusiya tərəfi də bu məsələ ilə bağlı sərt mövqe sərgiləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydeni "uzaqgörənlikdən məhrum siyasət" aparmaqda ittiham edərək, onun Moskva və Vaşinqton arasında dialoqu sıfıra endirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники