RU

Əli Əsədov Qərar imzaladı » AzadMedia.az


"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.

Meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Избранный
6
50
azadmedia.az

10Источники