RU

İnflyasiyanın 5,8 faiz olacağı proqnozlaşdırılır - Mərkəzi Bankın sədri

"2025-ci ildə inflyasiyanın 5,8 faiz olacağı proqnozlaşdırılır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır:

""Qiymətləndirmələr göstərir ki, 2024-cü ilin 10 ayında ticarət tərəfdaşlarında inflyasiya ölkədə inflyasiya səviyyəsinə 6,1 faiz bəndi artıcı təsir göstərib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi isə 3,1 faiz bənd azaldıcı təsir edib.Qeyd olunanları nəzərə alsaq, xarici amillərin birbaşa xalis təsiri 3 faiz bənd artıcı olub. Mərkəzi Bankın oktyabr proqnozuna görə, 2024-cü ilin sonuna inflyasiyanın 5,1 faiz olacağı gözlənilir".

Избранный
11
3
modern.az

4Источники