RU

İngiltərə və Fransa Ukraynaya qoşun göndərəcək? - “Starmerlə Makron müzakirələr aparır”

Avropa ölkələrində Ukraynaya öz hərbçilərinin, ya da özəl hərbi şirkətlərin döyüşçülərinin göndərilməsi ilə bağlı söhbətlər yenidən başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, xüsusilə də bu məsələni Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Key Starmer müzakirə edir. Lakin onların ideyası bir sıra digər ölkələrdən, o cümlədən Almaniyadan dəstək görmür.

Bu söhbətlərin yenidən başlamasına səbəb Donald Trampın ABŞ Prezidenti seçilməsi və Ukraynaya bundan sonra hərbi yardımın göstərilməsinin azalmasından narahatlıq olub.

Britaniyalı məmurlardan biri qəzetə deyib: “Böyük Britaniya və Fransa arasında xüsusən də Ukrayna və daha geniş Avropa təhlükəsizliyinə yönəlmiş Avropada əsas müttəfiqlər qrupunun yaradılması məqsədi ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı müzakirələr davam edir”.

“AzPolitika.info”

Избранный
10
azpolitika.info

1Источники