RU

Litvada yük təyyarəsi enən zaman evin üzərinə düşüb

Litvada yük təyyarəsi enən zaman evin üzərinə düşüb

Litvanın paytaxtı Vilnüsdə hava limanına enmək üçün enən DHL şirkətinə məxsus yük təyyarəsi yaxınlıqdakı evin üzərinə düşüb. Evdə olan 12 nəfər hadisədən sağ çıxsa da, qəzada bir nəfər dünyasını dəyişib.DHL logistika şirkətinə məxsus yük təyyarəsi bu gün yerli vaxtla saat 03.30 radələrində Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava limanı, polis və yanğınsöndürmə səlahiyyətliləri "Reuters"ə açıqlama verərək, ilkin məlumatlara görə, bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını açıqlayıb. Vilnüs polisi daha sonra tibbi qrupların üç nəfərə tibbi yardım göstərdiyini bildirib.DHL-in sifarişi ilə SWIFT aviaşirkətinin idarə etdiyi təyyarə Almaniyanın Leypsiq şəhərindən havaya qalxıb. Litva Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin sözçüsü bildirib ki, təyyarə bir evə çırpılıb və evdə olan hər kəs qəzadan sağ qalıb. Qəzadan sonra yanğınsöndürənlər hadisə yerinə gedib və paytaxt Vilnüsdəki hava limanının uçuş-enmə zolağından təxminən 1,3 kilometr şimalda yerləşən binada baş verən yanğına müdaxilə ediblər. Hadisə yeri polis tərəfindən mühasirəyə alınarkən, əraziyə çoxlu polis və təcili yardım briqadaları göndərilib.Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən daha sonra verilən açıqlamada, qəzanın səbəblərinin araşdırıldığı və təyyarədə olan ekipaj üçün başladılan axtarış-xilasetmə əməliyyatının davam etdiyi bildirilib.Litva polisi həmçinin təyyarənin düşdüyü evdə olan 12 nəfərin təhlükəsiz şəkildə təxliyyə edildiyini və qəzanın təyyarənin enən zaman baş verdiyini açıqlayıb. Xilasetmə xidmətlərinin açıqlamasına görə, qruplar itkin düşən şəxsin axtarışlarını davam etdirir.

Избранный
16
afn.az

1Источники