RU

Məşhur vadidə 20 saatlıq xilasetmə əməliyyatı

Məşhur vadidə 20 saatlıq xilasetmə əməliyyatı

Avstraliyanın Tasmaniya əyalətindəki Franklin çayında kanoe ilə üzən 60 yaşlı turist müvazinətini itirərək suya düşüb.Turistin ayağı çayın axınında sürüklənərək qayalara ilişib.Bildirilib ki, turistin ayağı qayalara ilişdikdən təxminən bir saat sonra onun smart saatı təcili yardım çağırıb.Bu xəbərdarlığın ardından bölgəyə xilasetmə qrupları sövq edilərək çətin şəraitlə əlaqədar uzunmüddətli əməliyyat həyata keçirib.Tibbi yardım komandası turistin həyatını xilas etmək üçün son çarə olaraq onun ayağını amputasiya etmək qərarına gəliblər.Tasmaniya Polisi xilasetmə əməliyyatını son dərəcə çətin və fövqəladə səy kimi xarakterizə edib.Xəstəxanaya yerləşdirilən turistin vəziyyəti səlahiyyətlilər tərəfindən diqqətlə izlənilir.

Избранный
11
afn.az

1Источники