RU

Tramp qadın ruhlu "kişi"ləri ordudan qovacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Tramp ordudan əməliyyatla qadın olan kişiləri qovacaq.

Milli.Az bildirir ki, bu barədə ABŞ nəşri məlumat yayıb. Qeyd olunub ki, Tramp bununla bağlı sərəncam imzalayacaq.

Donald Trump 2016-cı ildən ABŞ prezidenti olduğu dövrdə əməliyyatla qadın olan kişilərin ABŞ ordusunda xidmət etməsi ilə bağlı sərt qərarlar tətbiq etmişdi. 2017-ci ildə Tramp bu şəxslərin hərbi xidmətdə olmasının qadağan edilməsi barədə əmr vermişdi. Bu əmrə əsasən, əməliyyatla qadın olan kişilər orduda xidmət etmək üçün tibbi müalicə almağa davam edə bilməzdi və ya cinsi kimliklərini dəyişdirmək istəyənlər ordudan kənarlaşdırılacaqdı. Lakin bu qərar, müxtəlif hüquqi və siyasi mübahisələrə səbəb oldu və daha sonra ABŞ Ali Məhkəməsi tərəfindən mübahisələndirildi.

Trampın 2024-cü ildə yenidən prezidentliyə namizəd olaraq qalib gəlməsi halında, bu siyasəti yenidən bərpa etməsi mümkündür.

İsmayıl
Milli.Az

Избранный
37
milli.az

1Источники