RU

Beyləqanda magistiral yolun kənarında qalaqlanan zibil tullantıları rayon rəhbərinin göstərişi ilə təmizləndi - VİDEO/FOTO

Böyük şəhərlərdə tullantıların yığılması və emalı əsasən həll olunsa da, regionlarda, xüsusən də, kəndlərdə məişət tullantıları hara gəldi atılır. Bu da sonda ərazilərin daha çox çirklənməsinə gətirib çıxarır. Səbəb isə budur ki, rayonlarda məişət tullantılarının atılması üçün yerlər və ya qutular ayrılsada yerli əhali bəzi təbəqəsi hələ də köhnə adətlə gedir.

Buna görə də, zibillər hara gəldi - yaşayış evlərinin arasına, yol kənarına atılır ki, nəticədə kəndin və yol kənarlarının mənzərəsi pozulur, natəmizlik yaranır, pis qoxu yayılır. 

Belə hallara əyalətlərdə tez-tez rast gəlmək olur. Ekologiya.az-a daxil olan məlumat əsasında əməkdaşlarımız Beyləqan rayon ərzisində olub. Rayonun Qaralar kəndi ərazisində, magistiral yolun kənarında zibil tullantılarının qalaqlandığı faktı aşkarlayıblar.  

Ərazidə olan əməkdaşlarımız məişət tullantılarının qalaqlanması ilə bağlı foto və videoçəkliş aparıblar. Sonra aidiyyatı üzrə rayon icra hakimiyyətinə məlumat verilib. Rayon icra hakimmiyyəti operativ olaraq aidiyyatı qurumlara ğöstəriş verildiyini nəzərimizə çatdırıb. Rayon rəhbərinin öz nəzarətinə götürdüyü problem dərhal öz həllini tapmış, ərazi zibil tullantılarında təmizlənmişdir. 

Ekologiya.az Qaralar kəndi ərazisində, magistiral yolun kənarında olan zibil tullantılarının fotolarını və daha sonra tullantılardan təmizlənən ərazinin videosunu təqdim edir:

[media=https://www.youtube.com/watch?si=nb0vduh0K86Fq_Y5&v=PI5bVMgDN5s&feature=youtu.be

 

Избранный
9
ekologiya.az

1Источники