RU

Həbsinə order verilsə də, xaricə səfər edəcək

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində həbs qərarı çıxardığı İsrailin keçmiş müdafiə naziri Yoav Qallantın gələn həftə ABŞ-yə səfər edəcəyi bildirilib.

"Unikal" İsrail mətbuatına istinadən xəbər verir ki, Qallantın dekabrın 1-də Vaşinqtona getməyi planlaşdırdığı qeyd edilib.

Bildirilib ki, QalLant səfəri çərçivəsində Ağ Ev və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşəcək.

Bu, ICC onun barəsində həbs qərarı çıxardıqdan sonra Qallantın xaricə ilk səfəri olacaq.

Qallant noyabrın 5-də uzun müddətdir anlaşmazlıq içində olduğu baş nazir Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilib. Beynəlxalq Cinayət Məhkəməsi noyabrın 21-də Netanyahu və Qalantın Qəzza zolağında törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

Gülayə Mecid 

Избранный
16
29
unikal.az

10Источники