RU

Baş bankirdən nikbin proqnozlar

 

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankı sədri Taleh Kazımov çıxış edib.

Bildirib ki, 2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır: “Bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır”.

T.Kazımovun sözlərinə görə, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Baş bankir qeyd edib ki, iqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir:

“Ölkəmizin əksər ticarət tərəfdaşlarının da ilin sonuna iqtisadi artım proqnozları yüksəlib. Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi. İnflyasiya təzyiqlərinin azalmasını nəzərə almaqla, Mərkəzi Bank pul siyasətini həm də kəmiyyət baxımından yumşaldıb. Mərkəzi Bank cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azalıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlılığı diqqətdə saxlanılıb”.

E.Paşasoy,

Musavat.com

Избранный
12
musavat.com

1Источники