RU

Şahin Bağırov İmişlidə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul noyabrın 29-da saat 10:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) keçiriləcək.

Qəbul zamanı İmişli, Saatlı və Sabirabad rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Избранный
19
1
sia.az

2Источники